Приглашаем к участию в проекте «300 ИнтелШкол-2013»

Участник:Elnur Əhədli

Материал из Letopisi.Ru — «Время вернуться домой»
Перейти к: навигация, поиск

Начните, пожалуйста, с оформления Вашей регистрационной «страницы-визитки»!

Примерный вариант:

Имя:

Город/село/посёлок:

Школа имени Академика Зарифы Алиевой города Баку, Азербайджан











                                   XOCALI MÖVSÜMÜ FEVRAL


Yanvar ayından başlayır Azərbaycanın matəm mövsümləri... Qan fışqırır televizorlar... Məhkəmələr təzədən işə düşür... Xocalını göstərirlər...

Oğlum deyir ki, mənə keçən ilki lentdi... Həmin uşaqdı yanında potu... Mən ondan kiçik idim, Böyüyüb keçdim onu - deyir oğlum.

Xocalı mövsümüdür bu ay Lentin tozu alınır... Bir də göstərilməyi qaldı gələn ilə .

Xocalını göstərirlər... Həmin kişidir yenə, Heç böyüməyib, Saqqalı ağarmayıb. Xocalını göstərirlər Balaca uşaqlar, Dirsəklənib təpələrə. Böyüklər uzanmışdı deyə, Aldanıblar böyüklərə.

Uşaqlar böyür - böyürə Yan - yana uzansalar da, Gəlib çatmadılar insafımıza.

Xocalını göstərirlər deyə qadın keçdi mətbəxə, Keçən ilki lentdiTəkrardı-təkrar.

Müxbir küçədə Kəlbəcərin getdiyi günü soruşur nazlı bir oğlandan, Güya bilsə nə olacaq, Ya bilməsə? Bəlkə Kəlbəcərin mövsümü başlayır Onun da ayrıdı lentləri Ölümləri ayrıdı Ayrıdı dərdləri. Sonra Zəngilanın ildönümü Sonra Qubadlının, Ağdamın...

Xocalı mövsümüdü bu ay... Kişiliyin qısır ayı...

Fırlat qardaş, Onsuz da işin bu lenti fırlatmaqdı, Allah gələn iləcən sənə ömür versin Çünki sən bilirsən bu lentin yerini.

Инструменты
Конкурс: Обучи своих близких
Конкурс: Я выбираю профессию в IT
организаторы проекта
Компания ТрансТелеКом
Корпорация Intel
PH International
www.Iteach.ru